Uğurlu nəticə – peşəyə sədaqətin bəhrəsi!

Məktəbimizin coğrafiya fənn müəllimi Quliyeva Familə Rizvan qızı və ibtidai sinif müəllimi Allahverdiyeva Xəyalə Akif qızı sertifikatlaşdırma imtahanında 58 bal toplayaraq yüksək nəticə göstəriblər. Bu uğur onların dərin pedaqoji savadının, tədris etdikləri fənnə olan sevgilərinin və işlərinə göstərdikləri məsuliyyətin bariz nümunəsidir.

Müəllimlərimizin göstərdiyi bu nəticə təkcə onların şəxsi nailiyyəti deyil, eyni zamanda məktəbimizin pedaqoji heyətinin peşəkarlığının göstəricisidir. Məktəb rəhbərliyi olaraq müəllimlərimizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər, yeni-yeni zirvələr arzulayırıq! 

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #MüəllimUğuru #Sertifikatlaşdırma #Təhsil #Peşəkarlıq #İlhamvericiMüəllim #TəhsilİsəGələcəkdir #Coğrafiya #İbtidaiSinif #QürurDuyuruq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi