"İnsan hüquqları: Hər kəs üçün, hər yerdə" mövzusunda dəyirmi masa

Məktəbimizin təşkilatçısı Nəcəfova Vüsalə və Tarix müəllimi Qasımov Tarverənin təşəbbüsü ilə şagirdlərlə birlikdə "İnsan hüquqları: Hər kəs üçün, hər yerdə" mövzusunda dəyirmi masa keçirildi.

Tədbirin əsas məqsədi şagirdlərə insan hüquq və azadlıqları barədə ətraflı məlumat vermək, onların bu sahədə maariflənməsini təmin etmək və cəmiyyətə hüquqi düşüncəyə malik, fəal vətəndaşlar kimi yetişməsinə töhfə vermək idi.

Şagirdlər müzakirələr zamanı insan hüquqlarının universallığı, bərabərliyi və müdafiə mexanizmləri haqqında fikir mübadiləsi apararaq, bu hüquqların gündəlik həyatda tətbiqi ilə bağlı maraqlı fikirlər səsləndirdilər.

Bu cür tədbirlər gənc nəslin hüquqi savadlılığının artırılması və vətəndaş mövqeyinin formalaşdırılması baxımından olduqca önəmlidir.

İnsan hüquqları hər kəs üçündür və hər yerdə qorunmalıdır!

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #İnsanHüquqları #Maarifləndirmə #DəyirmiMasa #HərKəsÜçünHərYerdə #Təhsil #Şagirdİnkişafı #HüquqiMaarifləndirmə #Ədalət #UniversalHüquqlar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi