Vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir

Məktəbimizin kitabxanaçısının və Azərbaycan dili, ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə vətənpərvərlik mövzusuna həsr olunmuş yaddaqalan kiçik tədbir təşkil olundu. Tədbir zamanı şagirdlərimiz milli ruhu, ədəbi irsimizi və Vətən sevgisini əks etdirən çıxışlar etdilər.

İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" əsərindən seçilmiş bir hissənin səhnələşdirilməsi isə tədbirə xüsusi rəng qatdı. Bu hissədə həm tarixi şəxsiyyətlərin vətənə bağlılığı, həm də onların mənəvi dünyası ustalıqla nümayiş etdirildi.

Tədbirin davamında şagirdlər və müəllimlər arasında vətənpərvərlik mövzusunda yazılmış əsərlərin müzakirəsi aparıldı. Həmçinin gənc nəslin Vətənə olan sevgisini ifadə edən şeirlər səsləndirildi.

Belə tədbirlər məktəblilərimizin milli-mənəvi dəyərlərə bağlılığını möhkəmləndirməklə yanaşı, ədəbiyyatımıza və mədəni irsimizə marağı da artırır. 

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #Vətənpərvərlik #MilliDəyərlər #XurşidbanuNatəvan #İlyasƏfəndiyev #ƏdəbiyyatSevgisi #MəktəbHəyatı #GənclikVəVətən #AzərbaycanRuhu #KitabxanaTədbiri #ŞagirdTədbiri #Ədəbiİrsimiz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi