Konstitusiya – Hüquqlarımızın zəmanəti!

Konstitusiya – Hüquqlarımızın zəmanəti!

Şüar: "Konstitusiyamızı öyrənək, hüquqlarımızı qoruyaq!"

Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunmuş maarifləndirici bilik yarışı məktəbimizdə böyük maraqla qarşılandı. Tədbir tarix müəllimi Qasımov Tarverənin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirildi.

Yarışın əsas məqsədi şagirdlərdə hüquqi biliklərin artırılması, vətəndaş məsuliyyəti hissinin formalaşdırılması, Konstitusiyamızın mahiyyəti və əhəmiyyəti barədə məlumatlılığın gücləndirilməsi idi. Şagirdlər komandalar şəklində biliklərini sınadılar, suallara cavab verdilər, maraqlı faktları bölüşdülər və hüquqlarımızla bağlı əhatəli müzakirələr apardılar.

Yarışda iştirak edən bütün komandalar fəallıqları ilə seçilsələr də, ən yüksək nəticə göstərən qalib komanda məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı. Bu cür tədbirlər məktəbdaxili sosial və intellektual mühiti gücləndirməklə yanaşı, gənclərin hüquqi savadlılığını artırmaq baxımından da xüsusi əhəmiyyət kəsb edir!

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #Konstitusiya #Hüquqlarımız #BilikYarışı #HüquqiMaarifləndirmə

#GəncVətəndaşlar #VətəndaşMəsuliyyəti #Təhsil #MəktəbHəyatı #ElmVəTəhsil #ŞagirdLiderliyi #KonstitusiyamızıÖyrənək #HüquqlarımızıQoruyaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi