9-cu sinif şagirdlərimizin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna maraqlı və maarifləndirici ekskursiyası
9-cu sinif şagirdlərimizin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna maraqlı və maarifləndirici ekskursiyası baş tutdu!
Ekskursiya məktəb rəhbərliyi, Uşaq Birliyi Rəhbəri (UBR) və biologiya müəllimimizin təşkilatçılığı ilə həyata keçirildi. Şagirdlər institutun fəaliyyəti, müasir kənd təsərrüfatı texnologiyaları və tərəvəzçilik sahəsində aparılan elmi tədqiqatlarla yaxından tanış oldular. Bu səfər onların təbiətə, elmə və kənd təsərrüfatına marağını daha da artırdı.
Belə maarifləndirici tədbirlər gələcəyin alim və aqronomlarını formalaşdırmaq üçün böyük əhəmiyyət daşıyır.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #Ekskursiya #Tərəvəzçilikİnstitutu #ElməSəyahət #Biologiya #GəncTədqiqatçılar #MəktəbHəyatı #Maarifləndirmə #Təhsil #UBR #ElmVəTəhsil