3b sinfinin uşaqları ilə Yanardağa ekskursiya
3b sinfinin uşaqları üçün həm maraqlı, həm də unudulmaz bir gün oldu! Alıyeva Elnarə müəllimin təşkilatçılığı ilə sinfimiz Azərbaycanın ən möcüzəvi guşələrindən biri olan Yanardağa ekskursiya etdi.
Uşaqlar canlı alovların torpaqdan necə çıxdığını heyrətlə izlədilər, maraqlı məlumatlar öyrəndilər və ilk dəfə gördükləri mənzərələr qarşısında valeh oldular. Təbiətə bu qədər yaxın olmaq, kitabdan oxuduqlarını canlı şəkildə görmək onları həm sevindirdi, həm də ruhlandırdı.
Bu cür ekskursiyalar uşaqların dünyagörüşünü genişləndirir, onları öyrənməyə daha da həvəsləndirir.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #Yanardağ #3bSinfiSəfərdə #TəhsilVəTəbiət #EkskursiyaGünləri #AzərbaycanınGözəllikləri