“Peşəyönümlü diaqnostik işin təşkili” mövzusu
Məktəbimizin IX sinif şagirdləri ilə psixoloq Məhərrəmova Afət tərəfindən “Peşəyönümlü diaqnostik işin təşkili” mövzusunda maarifləndirici profilaktik söhbət aparılmışdır. Görüş zamanı şagirdlərə gələcək ixtisas və peşə seçimində düzgün qərar verməyin əhəmiyyəti, bu qərarın onların gələcək həyatlarına və karyera yollarına necə təsir göstərəcəyi ətraflı şəkildə izah olunmuşdur.
Psixoloq şagirdlərlə fərdi maraqlar, qabiliyyətlər və meyillər barədə interaktiv müzakirələr apararaq, onların özlərini daha yaxşı tanımalarına və bu istiqamətdə düşünmələrinə təşviq etmişdir. Söhbət zamanı diaqnostik sorğu yazılı şəkildə aparılmış və şagirdlərin fərdi xüsusiyyətləri, maraq dairələri ilə bağlı ilkin məlumatlar toplanmışdır.
Görüşün əsas məqsədi şagirdlərin şüurlu seçim etmələrinə dəstək olmaq, onları gələcək hədəflərinə uyğun istiqamətləndirmək və bu mərhələnin həyatlarında nə qədər önəmli olduğunu vurğulamaq idi.
Bu cür tədbirlər şagirdlərimizin gələcək həyatlarına daha hazırlıqlı və məqsədyönlü şəkildə qədəm qoymalarına mühüm töhfə verir.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #PeşəYönümü #Şagirdİnkişafı #PsixolojiDəstək #Maarifləndirmə #GələcəyinPeşəkarları #MəktəbHəyatı #İxtisasSeçimi #KaryeraPlanlaması #AfətMəhərrəmova #Təhsil #DiaqnostikSorğu