"7-dən 17-yə Vətənpərvərlik" layihəsi çərçivəsində mənalı kitab müzakirəsi

305 nömrəli tam orta məktəbdə həyata keçirilən “7-dən 17-yə vətənpərvərlik” layihəsinin tədbirlər planına uyğun olaraq, məktəb kitabxanasında şagirdlərin milli ruhda formalaşması istiqamətində silsilə tədbirlərə start verilib.
Kitabxanaçı Təranə Məmmədova və Azərbaycan dili və ədəbiyyat müəllimi Camallı Çinarənin təşəbbüsü ilə təşkil olunan ilk görüşdə vətənpərvərlik mövzusuna həsr olunmuş ədəbi əsərlərin oxu və müzakirəsi keçirilib. Şagirdlərin fəal iştirakı ilə baş tutan müzakirədə Mirzə İbrahimovun "Azad" hekayəsi əsas mövzu olub.
 “Azad” hekayəsi gənc nəslin vətənə bağlılıq hisslərini gücləndirmək, azadlıq və mübarizə ruhunu aşılamaq baxımından olduqca dəyərli bir nümunədir. Şagirdlər əsərin qəhrəmanları üzərindən azadlıq, mübarizə və milli dəyərlər haqqında dərin düşüncələrini bölüşüblər.
Bu cür tədbirlər şagirdlərin yalnız ədəbi biliklərini deyil, həm də milli-mənəvi dəyərlərə münasibətini formalaşdırmaq, onlarda vətənə sevgi və qürur hissini gücləndirmək baxımından xüsusi önəm daşıyır.
 Vətənpərvərlik sözlə deyil, amal və düşüncə ilə başlayır. Biz gələcəyin vətənpərvər vətəndaşlarını bu gün formalaşdırırıq.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #Vətənpərvərlik #MütaliəSaatı #Mirzəİbrahimov #AzadHekayəsi #7bSinfi #ƏdəbiyyatSevgisi #Təhsil #GəncNəsil #KitabSevgisi #OxuMədəniyyəti #MəktəbHəyatı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi