Yaz mövsümündə tez-tez rast gəlinən bağırsaq infeksiyaları və vəba xəstəliyi ilə bağlı maarifləndirici görüş
Məktəbimizdə maarifləndirici tədbir keçirildi.
Yaz mövsümündə tez-tez rast gəlinən bağırsaq infeksiyaları və vəba xəstəliyi ilə bağlı məktəbimizdə maarifləndirici görüş təşkil olundu. Tədbirdə 36 saylı poliknikanın uşaq həkimi Cəfərov Asif, məktəbimizin tibb bacısı Bayramova Kifayət, Uşaq Birliyi Rəhbəri E. Həsənova, təşkilatçı müəllim V. Nəcəfova və məktəb psixoloqu A. Məhərrəmova iştirak etdilər.
VII, VIII və IX sinif şagirdləri ilə aparılan söhbət zamanı bu xəstəliklərin yaranma səbəbləri, simptomları, qarşısının alınması yolları və şəxsi gigiyenanın əhəmiyyəti ətraflı izah olundu. Həmçinin, şagirdlərin sualları cavablandırıldı və sağlam həyat tərzinin vacibliyi bir daha vurğulandı.
Bu cür tədbirlər şagirdlərimizin sağlamlığına verilən önəmi və onların maarifləndirilməsinin nə qədər vacib olduğunu göstərir.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #Maariflənək #SağlamNəsil #TəhlükəsizYay #Gigiyena #Vəba #Bağırsaqİnfeksiyaları #MəktəbHəyatı #TəhsilVəSağlamlıq