İngilis dili fənni üzrə maraqlı və maarifləndirici bilik yarışı
16.05.2025-ci il tarixində 305 nömrəli tam orta məktəbdə İngilis dili fənni üzrə maraqlı və maarifləndirici bilik yarışı təşkil olundu. Tədbir məktəbin İngilis dili müəllimləri Nəcəfova Vüsalə və Sadizadə Ayselin təşəbbüsü ilə VII, VIII və IX sinif şagirdləri arasında keçirildi.
Bilik yarışı 5 fərqli qrup arasında aparıldı: Bristol, Liverpool, Manchester, Edinburgh və London. Yarış boyu şagirdlər İngilis dili üzrə biliklərini nümayiş etdirdi, komanda ruhu və mübarizə əzmi ilə seçildilər. Hər qrup öz kreativliyi və hazırlığı ilə fərqlənsə də, yarışın sonunda "London" qrupu qalib oldu və böyük sevinc yaşadı.
Tədbir şagirdlər üçün həm əyləncəli, həm də təhsil baxımından dəyərli bir təcrübə oldu. Belə layihələr şagirdlərin dil bacarıqlarının inkişafında və özünəinam hissinin formalaşmasında mühüm rol oynayır.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #İngilisDili #BilikYarışı #ŞagirdUğurları #ElmVəTəhsil #GələcəyinZəmanəti #Motivasiya #TəhsilRuhu