2b sinfində Riyaziyyat fənnindən “Alış-veriş” mövzusunda Ağıllı lövhə ilə nteraktiv açıq dərs

2b sinfində Riyaziyyat fənnindən “Alış-veriş” mövzusunda maraqlı və interaktiv açıq dərs keçirildi. Müəllim Eyyubova Rayihənin təşkilatçılığı ilə baş tutan dərs Ağıllı lövhə vasitəsilə daha əyləncəli və anlaşıqlı şəkildə təqdim olundu. Şagirdlər dərs zamanı 1 manatın müxtəlif qəpik pullarla necə ifadə olunduğunu öyrəndilər, həmçinin gündəlik həyatda rastlaşdıqları alış-veriş situasiyalarında bir neçə məhsulun ümumi qiymətini hesablamağı praktiki nümunələrlə yerinə yetirdilər.

Bu dərs şagirdlərdə təkcə riyazi bilikləri deyil, həm də pulun dəyəri və düzgün xərclənməsi kimi vacib həyat bacarıqlarını formalaşdırmaq məqsədi daşıyırdı. Şagirdlər müxtəlif məhsullar seçərək onların qiymətlərini toplayıb, ümumi ödəniş məbləğini hesablamaqla real həyatda istifadə edə biləcəkləri bilikləri praktikada sınadılar.

Belə dərslər uşaqlarda həm riyazi düşüncə, həm də müstəqil qərarvermə bacarıqlarını gücləndirir.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #Riyaziyyat #AçıqDərs #AğıllıLövhə #AlışVerişMövzusu #MüəllimEyyubovaRayihə #MəktəbHəyatı #İbtidaiSinif #Təhsil #RiyaziyyatıSevirik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi