9a sinfində Kimya fənni üzrə “Tsiklik karbohidrogenlər – Tsikloalkanlar və Aromatik karbohidrogenlər” mövzusunda Ağıllı lövhə ilə interaktiv nümunəvi dərs
2 may 2025-ci il tarixində 9a sinfində Kimya fənni üzrə “Tsiklik karbohidrogenlər – Tsikloalkanlar və Aromatik karbohidrogenlər” mövzusunda müəllim Tanrıverdiyeva Afət tərəfindən nümunəvi dərs təşkil edildi. Ağıllı lövhənin imkanlarından istifadə olunmaqla dərs daha dinamik və vizual şəkildə təqdim olundu, bu da şagirdlərin mövzuya marağını daha da artırdı.
Dərsin əsas məqsədi — tsiklik karbohidrogenlərin növlərini, onların molekul quruluşlarını və kimyəvi-fiziki xüsusiyyətlərini şagirdlərə aydın və sistemli şəkildə izah etmək idi. Dərs zamanı şagirdlərə tsikloalkanların və aromatik karbohidrogenlərin müqayisəli təhlili aparıldı, molekul modelləri və reaksiyaların mexanizmləri izah edildi. Vizual materiallar və interaktiv sual-cavab formatı dərsi həm əyləncəli, həm də maarifləndirici etdi.
Bu tip açıq dərslər şagirdlərin elmi dünyagörüşünü artırır, analitik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirir.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #KimyaDərsi #AçıqDərs #AğıllıLövhə #Tsikloalkanlar #AromatikKarbohidrogenlər #ElmivəİnnovativTəhsil #MüəllimTanrıverdiyevaAfət #MəktəbHəyatı #KimyaSevənlər #TəhsilGələcəyimizdir