7a sinfində Coğrafiya fənni üzrə “Türk dünyası birliyi” mövzusunda Ağıllı lövhə ilə interaktiv nümunəvi dərs

1 may 2025-ci il tarixində 7a sinfində Coğrafiya fənni üzrə nümunəvi dərs keçirildi. Müəllim Quliyeva Familə tərəfindən təşkil olunan bu maarifləndirici dərs “Türk dünyası birliyi” mövzusuna həsr olunmuşdu. Dərs müasir texnologiyaların – Ağıllı lövhənin tətbiqi ilə daha interaktiv və yadda qalan şəkildə keçirildi.

Dərsin əsas məqsədi – Türk birliyinə daxil olan dövlətlərin coğrafi, iqtisadi və mədəni xüsusiyyətlərini şagirdlərə ətraflı şəkildə izah etmək, bu ölkələri müxtəlif meyarlara görə qruplaşdırmaq və onların ortaq cəhətlərini müzakirə etmək idi. Şagirdlər dərs zamanı qruplara ayrılaraq fəal şəkildə mövzu ətrafında fikir mübadiləsi apardılar, təqdimatlar hazırlayıb təqdim etdilər. Bu isə onların həm əməkdaşlıq bacarıqlarını, həm də analitik düşünmə qabiliyyətlərini inkişaf etdirdi.

Belə dərslər şagirdlərin dünyagörüşünü artırmaqla yanaşı, onların tarixi və mədəni köklərini daha dərindən anlamaqlarına şərait yaradır.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #TürkDünyası #CoğrafiyaDərsi #AğıllıLövhə #NümunəviDərs #Qrupİşi #MəktəbHəyatı #MüəllimQuliyevaFamilə #TariximiziÖyrənirik #GələcəyinLiderləri #TəhsilBacarıqdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi