5b sinfində Azərbaycan dili fənni üzrə "Əvəzliyin məna növləri" mövzusunda Ağıllı lövhə ilə interaktiv nümunəvi dərs

1 may 2025-ci il tarixində məktəbimizin 5b sinfində Azərbaycan dili fənni üzrə "Əvəzliyin məna növləri" mövzusunda müəllim Babayeva Nərmin tərəfindən Ağıllı lövhə vasitəsilə interaktiv təlim metodlarına əsaslanan nümunəvi dərs təşkil olundu. Müasir tədris vasitələrinin tətbiqi ilə şagirdlərin dərsə marağı artırıldı və mövzu daha əyani şəkildə izah edildi.

Dərsin əsas məqsədi şagirdlərə əvəzliyin ümumi qrammatik mənalarını və növlərini müəyyən etməyi öyrətmək, onların qrammatik biliklərini möhkəmləndirmək idi. Dərs zamanı şagirdlər fərdi şəkildə tapşırıqlar üzərində işlədilər, əvəzliklərin cümlədə funksiyalarını araşdırdılar və onları digər nitq hissələri ilə müqayisə etdilər. Dərs şagirdlərin fəal iştirakı və yaradıcı yanaşması ilə yadda qaldı. Belə dərslər dil bacarıqlarının formalaşmasında və şagirdlərin qrammatik biliklərini praktikada tətbiq etməsində mühüm rol oynayır.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #AzərbaycanDili #Əvəzlik #Qrammatika #NümunəviDərs #SmartBoard #İnteraktivTəhsil #5bSinfi #MüəllimBabayevaNərmin #DilimiziÖyrənək

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi