8b sinfində Azərbaycan tarixi fənni üzrə "Gülüstan müqaviləsi" mövzusunda Ağıllı lövhə ilə interaktiv nümunəvi dərs

1 may 2025-ci il tarixində məktəbimizin 8b sinfində Azərbaycan tarixi fənni üzrə "Gülüstan müqaviləsi" mövzusunda müəllim Əhmədli Leyla tərəfindən Ağıllı lövhə vasitəsilə interaktiv şəkildə nümunəvi dərs təşkil olundu. Şagirdlər üçün maraqlı və əyani şəkildə qurulan dərs tarixi biliklərin daha dərindən mənimsənilməsinə şərait yaratdı.

Dərsin əsas məqsədi Gülüstan müqaviləsinin bağlanma səbəblərini, müqavilənin əsas şərtlərini və tarixi nəticələrini şagirdlərə aydın şəkildə izah etmək idi. Dərs zamanı müəllim müqavilənin Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edərək onun milli və siyasi nəticələrini şagirdlərlə birlikdə təhlil etdi. Şagirdlər mövzu üzrə verilmiş interaktiv tapşırıqlar vasitəsilə biliklərini möhkəmləndirdilər və tarixi prosesləri daha dərindən dərk etdilər.

Dərs həm məzmun, həm də tətbiq olunan metodlar baxımından yüksək səviyyədə təşkil olunmuş, şagirdlərin fəal iştirakı və marağı ilə yadda qalmışdır.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #AzərbaycanTarixi #GülüstanMüqaviləsi #NümunəviDərs #TariximiziÖyrənək #SmartBoard #İnteraktivTədris #8bSinfi #MüəllimƏhmədliLeyla #TəhsilVətənəXidmətdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi