7a sinfində İnformatika fənni üzrə "Qalıqlı bölmə" mövzusunda Ağıllı lövhə ilə interaktiv nümunəvi dərs

1 may 2025-ci il tarixində məktəbimizin 7a sinfində İnformatika fənni üzrə "Qalıqlı bölmə" mövzusunda müəllim Əliyeva Şamama tərəfindən Ağıllı lövhə vasitəsilə interaktiv şəkildə nümunəvi dərs təşkil olundu. Müasir texnologiyalarla zənginləşdirilmiş dərs şagirdlərin fənnə olan marağını artırmaqla yanaşı, onların praktiki bilik və bacarıqlarının inkişafına da töhfə verdi.

Dərsin əsas məqsədi Python proqramlaşdırma dilində tamədədli və qalıqlı bölmə əməliyyatlarını nəzərdən keçirmək, bu əməliyyatların tətbiqi və istifadə qaydalarını dərindən tədqiq etmək idi. Şagirdlər dərs zamanı konkret tapşırıq nümunələri üzərində çalışaraq // (tamədədli bölmə) və % (qalıq tapma) operatorlarının iş prinsipini araşdırdılar və müxtəlif situasiyalara uyğun həll yolları tətbiq etdilər.

Dərs həm nəzəri biliklərin, həm də praktiki bacarıqların bir arada tətbiqi baxımından yüksək səviyyədə təşkil olunmuş, şagirdlərin fəal iştirakı və marağı ilə yadda qalmışdır.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #İnformatika #PythonProgramlaşdırma #QalıqlıBölmə #TamədədliBölmə #NümunəviDərs #SmartBoard #TexnologiyaİləTəhsil #7aSinfi #MüəllimƏliyevaŞamama #TəhsildəRəqəmsallaşma

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi