7b sinfində İngilis dili fənni üzrə "Life in the future" (Gələcəkdə həyat) mövzusunda Ağıllı lövhə ilə interaktiv nümunəvi dərs
30 aprel 2025-ci il tarixində məktəbimizin 7b sinfində İngilis dili fənni üzrə "Life in the future" (Gələcəkdə həyat) mövzusunda müəllim Sadızadə Aysel tərəfindən Ağıllı lövhə vasitəsilə interaktiv şəkildə nümunəvi dərs təşkil edilmişdir.
Dərsin əsas məqsədi şagirdlərin yeni söz və söz birləşmələrini cümlələrdə düzgün istifadə etmə bacarığını formalaşdırmaq, eləcə də təqdim olunan mətnin əsas ideyasını müəyyən etmək idi. Şagirdlər dərs zamanı təqdim olunan oxu materialını fərdi qaydada oxuyaraq mövzu ətrafında fəal müzakirələr apardılar. Mətnlə bağlı verilən tapşırıqları yazaraq mövzunu daha dərindən mənimsədilər.
Dərs həm metodiki baxımdan, həm də şagirdlərin fəallığı baxımından uğurlu və effektiv keçdi. Belə dərslər şagirdlərin ingilis dilində ünsiyyət bacarıqlarını artırmaqla yanaşı, müasir texnologiyalardan istifadəyə maraqlarını da gücləndirir.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #İngilisDili #NümunəviDərs #LifeInTheFuture #SmartBoard #İnteraktivTəhsil #GələcəyinNəsliniYetişdiririk #Təhsildəİnnovasiya #7bSinfi #MüəllimSadızadəAysel