"Ədəbiyyat və yaradıcı yazıçılıq" adlı hekayə müsabiqəsi

Ədəbiyyata və yaradıcı yazıçılığa marağı artırmaq, şagirdlərin düşüncə və yazı bacarıqlarını inkişaf etdirmək məqsədilə aprel ayının tədbirlər planına uyğun olaraq məktəbimizdə "Ədəbiyyat və yaradıcı yazıçılıq" adlı hekayə müsabiqəsi keçirildi. Müsabiqə UBR Həsənova Elnarə, təşkilatçı Nəcəfova Vüsalə və Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Tünzalənin təşkilatçılığı ilə baş tutdu. Şagirdlər maraqlı və orijinal hekayələri ilə münsiflər heyətinin diqqətini cəlb etdilər. Yaradıcılıqları ilə seçilən iştirakçılar müsabiqənin sonunda sertifikatlarla təltif olundular. Tədbir şagirdlər arasında ruh yüksəkliyi yaratdı və gələcəkdə də bu cür təşəbbüslərin davam etdirilməsi üçün bir stimul oldu.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #ƏdəbiyyatSevgisi #YaradıcıGənclik #HekayəMüsabiqəsi #Təhsil #İstedadlaraDəstək #MəktəbHəyatı #YazıçılıqYarışı #GələcəyinYazıçıları

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi