7b sinfində Azərbaycan dili fənnindən “Köməkçi nitq hissələrinin omonimliyi” mövzusu- Ağıllı lövhə ilə açıq dərs

30 aprel 2025-ci il tarixində 7b sinfində Azərbaycan dili fənnindən “Köməkçi nitq hissələrinin omonimliyi” mövzusunda Camallı Çinarə tərəfindən Ağıllı lövhə ilə açıq dərs təşkil olundu.

Dərsin əsas məqsədi — köməkçi nitq hissələrinin işlənmə xüsusiyyətlərini öyrətmək, onların omonimliyini müəyyən etmək və bu nitq hissələrinin yer aldığı cümlələrdə durğu işarələrinin düzgün tətbiqini şagirdlərə aşılamaq idi.

Dərs zamanı müəllim mövzunu şagirdlərə həm nəzəri, həm də praktiki yanaşma ilə çatdırdı. Müxtəlif tapşırıqlarda cümlələr üzərində işləyərək köməkçi nitq hissələrinin digər nitq hissələri ilə qarışdırılmaması və durğu işarələrinin doğru seçilməsi bacarıqları inkişaf etdirildi. Şagirdlər interaktiv fəaliyyətlərə cəlb olundular, şagirdlərin fəallığı, sual-cavablarda və müzakirələrdə iştirakı, dərsin məqsədlərinə tam şəkildə nail olunduğunu göstərdi.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #AzərbaycanDili

#KöməkçiNitqHissələri #Omonimlik #Durğuİşarələri #7bSinfi

#MüəllimCamallıÇinarə #FəalTəlim #İnteraktivDərs #AğıllıLövhə #YeniBiliklər #ŞagirdMərkəzliYanaşma #Təhsildəİnkişaf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi