1a sinfində Həyat bilgisi fənnindən "Yaşamaq üçün nə lazımdır?" mövzusu- Ağıllı lövhə ilə açıq dərs

29 aprel 2025-ci il tarixində 1a sinfində Həyat bilgisi fənnindən "Yaşamaq üçün nə lazımdır?" mövzusu üzrə müəllim İbrahimova Nərminə tərəfindən Ağıllı lövhə ilə açıq dərs təşkil olundu.

Dərsdə əsas məqsəd şagirdlərə insanların, heyvanların və bitkilərin yaşaması üçün vacib olan amilləri – hava, su, qida, günəş işığı və istilik kimi təbii ehtiyacları tanıtmaq, onların həyatdakı rolunu izah etmək və təbiətə qarşı qayğıkeş münasibət formalaşdırmaq idi.

Ağıllı lövhənin köməyi ilə interaktiv və əyləncəli şəkildə keçən dərs şagirdlərin mövzuya marağını artırdı, onların müşahidə və düşünmə bacarıqlarını inkişaf etdirdi.

Şagirdlər maraqla iştirak etdilər və öyrəndiklərini fəal şəkildə tətbiq etdilər.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #AçıqDərs #MüəllimİbrahimovaNərminə #HəyatBilgisi #İbtidai #TəbiətiQoruyaq #AğıllıLövhə #YaşamaqÜçünNəLazımdır #MəktəbHəyatı #İnteraktivTədris #UşaqlarÖyrənir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi