“Ən yaradıcı rəssam” və “Ən yaxşı əl işi” adlı müsabiqə
Aprel ayının tədbirlər planına uyğun olaraq məktəbimizdə maraqlı və yaradıcı müsabiqə həyata keçirildi. UBR Həsənova Elnarə, təşkilatçı Nəcəfova Vüsalə və təsviri incəsənət müəllimi Hüseynova Südabənin təşəbbüsü ilə “Ən yaradıcı rəssam” və “Ən yaxşı əl işi” adlı müsabiqə təşkil olundu.
Şagirdlər öz bacarıq və istedadlarını sərgiləyərək rəngarəng əl işləri və rəsmlərlə müsabiqəyə qatıldılar. Yaradıcılıq, zəhmət və estetik zövqün nümayiş olunduğu bu tədbirdə qaliblər münsiflərin qərarı ilə seçildi və sertifikatlarla təltif olundular.
Bu cür tədbirlər şagirdlərdə yaradıcılığın inkişafına və incəsənətə marağın artmasına böyük töhfə verir. Təşkilatçılara və iştirakçılara təşəkkür edirik!
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #ƏnYaradıcıRəssam #ƏnYaxşıƏlİşi #İncəsənətMüsabiqəsi #Təhsil #Yaradıcılıq #MəktəbHəyatı #Tədbirlər #UğuraDoğru #İstedadlıŞagirdlər