"Dəyərlərimizi Qoruyaq" layihəsi çərçivəsində "Birlikdə dəyər yaradırıq" mövzusunda tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-150F/2025 nömrəli əmrinə əsasən həyata keçirilən "Dəyərlərimizi Qoruyaq" layihəsi çərçivəsində məktəbimizdə VIII siniflərlə bağlı xüsusi bir tədbir keçirildi.

UBR Həsənova Elnarə, müəllimlər Cəfərova Afaq və Həsənova Tünzalənin təşkilatçılığı ilə baş tutan tədbir "Birlikdə dəyər yaradırıq" mövzusuna həsr olundu. Tədbirdə valideynlərin iştirakı isə tədbirin təsir gücünü daha da artırdı.

Şagirdlər, müəllimlər və valideynlər birlikdə milli-mənəvi dəyərlərimiz, ailə birliyi, həmrəylik və qarşılıqlı hörmətin əhəmiyyəti barədə fikir mübadiləsi apardılar. Tədbirdə həm çıxışlar oldu, həm də müxtəlif təqdimatlar və müzakirələr təşkil edildi.

Valideynlərin fəal iştirakı və dəstəyi, şagirdlərin öz fikirlərini sərbəst ifadə etmələri tədbirin əsas məqsədinə — dəyərlərimizin qorunmasına və nəsillər arasında körpü qurulmasına böyük töhfə verdi.

Bu cür tədbirlər gənc nəslin milli köklərə bağlılığını gücləndirməklə yanaşı, ailə-məktəb əməkdaşlığının da inkişafına şərait yaradır.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #DəyərlərimiziQoruyaq #BirlikdəDəyərYaradırıq #UBRHəsənovaElnarə #MüəllimCəfərovaAfaq #MüəllimHəsənovaTünzalə #VIIIİsinif #Valideynlərləİşbirliyi #MilliDəyərlər #TəhsilVəDəyərlər #BŞTİ #LayihəTədbiri #GələcəyimizÜçün

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi