23 aprel — "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"

23 aprel — "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə məktəbimizin kitabxanaçısı Məmmədova Təranənin təşkilatçılığı ilə 7a sinfi kitabxanada maraqlı bir tədbirdə iştirak etdi.

Şagirdlər sevdikləri müəlliflər və onların əsərləri haqqında fikirlərini bölüşdülər, əsərlərin məzmunu, müəlliflərin həyatı və yaradıcılığı barədə maraqlı müzakirələr apardılar.

Tədbir zamanı kitab oxumağın əhəmiyyəti, müəllif hüquqlarının qorunmasının vacibliyi və dünya ədəbiyyatının insan həyatındakı rolu barədə də geniş söhbətlər edildi.

Şagirdlərin aktiv iştirakı və kitaba olan marağı tədbirə xüsusi bir rəng qatdı. Bu cür təşəbbüslər uşaqlarda oxu mədəniyyətinin formalaşmasına, ədəbi zövqün inkişafına və yaradıcı düşüncənin güclənməsinə böyük töhfə verir.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #ÜmumdünyaKitabGünü #MüəlliflikHüququ #KitabSevgisi #7aSinfi #MəmmədovaTəranə #KitabxanaTədbiri #OxumaqGözəldir #ƏdəbiyyatSevgisi #GələcəyinOxucuları #SevərəkÖyrənirik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi