4b sinfində Azərbaycan dili fənnindən “Uzaq planetin sirri” mövzusu- Ağıllı lövhə ilə İnteraktiv dərs

25 aprel 2025-ci il tarixində 4b sinfində Azərbaycan dili fənnindən “Uzaq planetin sirri” mövzusu üzrə yeni biliklərin verilməsi dərsi müəllim Hüseynquliyeva Məryəm tərəfindən keçirildi.

Dərsin əsas məqsədi — bədii mətndəki obrazları, hadisələri, zaman və məkanı müəyyənləşdirmək, həmçinin kontekstdən çıxış edərək istifadə olunan terminlərin aid olduğu elm sahəsini düzgün müəyyən etmək idi.

Dərs zamanı Ağıllı lövhədən istifadə edilərək mövzu vizual və interaktiv şəkildə şagirdlərə izah edildi. Şagirdlər lövhədə təqdim olunan nümunələr üzərində işlədilər, müxtəlif interaktiv tapşırıqları yerinə yetirdilər və yeni biliklərini praktikada tətbiq etdilər.

Dərsin interaktiv keçməsi şagirdlərin dərsə marağını daha da artırdı, onların mətnə diqqətlə yanaşmaq, analitik düşünmək və məna axtarışına çıxmaq bacarıqlarını inkişaf etdirdi.

Şagirdlərin fəal iştirakı, maraqlı fikir və sualları dərsin məqsədinə tam şəkildə çatıldığını göstərdi. Belə dərslər uşaqlarda həm bədii təfəkkürü gücləndirir, həm də elmi yanaşma bacarıqlarının formalaşmasına zəmin yaradır.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #AzərbaycanDili #UzaqPlanetinSirri #İnteraktivDərs #AğıllıLövhə #4bSinfi #MüəllimMəryəmHüseynquliyeva #YeniBiliklər #BədiiTəfəkkür #ElmVəTəhsil #SevərəkÖyrənirik #UğurluDərs #FəalTəlim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi