4a sinfində Azərbaycan dili fənnindən “Mürəkkəb adlar və onların yazılışı” mövzusu- Ağıllı lövhə ilə İnteraktiv dərs ilə

25 aprel 2025-ci il tarixində 4a sinfində Azərbaycan dili fənnindən “Mürəkkəb adlar və onların yazılışı” mövzusu üzrə yeni biliklərin verilməsi dərsi müəllim Seyid Aygün tərəfindən keçirildi.

Dərsin əsas məqsədi — mürəkkəb adları söz və söz birləşmələrindən fərqləndirmək, onların düzgün yazılış qaydalarını şagirdlərə aydın izah etmək və praktiki bacarıqlarını inkişaf etdirmək idi.

Dərs prosesində Ağıllı lövhədən istifadə olunaraq mövzu vizual və interaktiv şəkildə izah edildi. Şagirdlər Ağıllı lövhə vasitəsilə təqdim olunan nümunələr üzərində işlədilər, müxtəlif interaktiv tapşırıqları yerinə yetirərək biliklərini möhkəmləndirdilər.

Tapşırıqlar zamanı şagirdlər aktiv iştirak etdilər, suallar verdilər, öz fikirlərini sərbəst ifadə etdilər və mövzuya yaradıcı yanaşaraq yeni biliklər qazandılar. Mövzu üzrə aparılan müzakirələr və praktiki çalışmalar dərsin daha maraqlı və yadda qalan olmasına şərait yaratdı.

Şagirdlərin yüksək fəallığı, motivasiyası və dərsə olan marağı, dərsin məqsədinə uğurla çatıldığını bir daha sübut etdi. Bu cür interaktiv dərslər uşaqlarda dil qaydalarına olan marağı artırmaqla yanaşı, müstəqil düşünmə və tətbiqetmə bacarıqlarını da inkişaf etdirir.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #AzərbaycanDili #MürəkkəbAdlar #İnteraktivTədris #AğıllıLövhə #4aSinfi #MüəllimSeyidAygün #Təhsil #YeniBiliklər #FəalTəlim #UğurluDərs #SevərəkÖyrənirik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi