"Alış- veriş" mövzusu- Prometan lövhə ilə İnteraktiv tədris.

23 aprel 2025-ci il tarixində 3a sinfində Riyaziyyat fənnindən “Gəlir, xərc, qazanc” mövzusu üzrə yeni biliklərin verilməsi dərsi müəllim Allahverdiyeva Xəyalə tərəfindən keçirildi. Dərsin əsas məqsədi — gəlir, xərc və qazanc anlayışları arasındakı əlaqəni qurmaq və bu anlayışlardan ikisi verildikdə üçüncünü hesablamağı şagirdlərə öyrətmək idi.

Dərs zamanı Prometan lövhədən istifadə olunaraq mövzu vizual şəkildə izah edildi. İnteraktiv tapşırıqlar vasitəsilə şagirdlər lövhədə aktiv iştirak etdilər, mövzunu tətbiqi şəkildə öyrəndilər və praktiki bacarıqlarını inkişaf etdirdilər. Şagirdlərin fəallığı və dərsə olan marağı dərsin effektivliyini və qarşıya qoyulan məqsədə çatıldığını göstərdi.
#Riyaziyyat #İbtidaiTəhsil #GəlirXərcQazanc #İnteraktivDərs #PrometanLövhə #FəalŞagird #MüasirTədris #MüəllimXəyaləAllahverdiyeva #3aSinfi #Təhsil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi