3b Sinfində Nümunəvi Dərs: "Təsdiq və İnkar Feillər" Mövzusunda İnnovativ Yanaşma
3b Sinfində Nümunəvi Dərs: "Təsdiq və İnkar Feillər" Mövzusunda İnnovativ Yanaşma
Bu gün məktəbimizdə 3b sinif müəllimi Alıyeva Elnarənin təqdimatında Azərbaycan dili fənni üzrə "Təsdiq və inkar feillər" mövzusunda nümunəvi dərs təqdim olundu. Dərs prosesində Promethean interaktiv lövhəsindən istifadə olunaraq mövzu vizual şəkildə təqdim edildi. Şagirdlərə interaktiv tapşırıqlar verildi və onların dərsə fəal cəlb olunması təmin edildi.
Müasir tədris metodlarının tətbiqi ilə dərs daha maraqlı və effektiv keçdi. Şagirdlərin fəallığı və dərsə marağı dərsin uğurlu keçdiyini göstərdi.
Bu cür innovativ dərslər müəllimlərimizin peşəkarlığını və şagirdlərimizin təlimə olan marağını artırır. Alıyeva Elnarə müəlliməyə təşəkkür edir və uğurlarının davamını arzulayırıq.
#NümunəviDərs #AzərbaycanDili #İnnovativTədris #PrometheanLövhə #MüəllimAlıyevaElnarə #3bSinfi #TəsdiqVəİnkarFeillər