"Dəyərlərimizi Qoruyaq" layihəsi çərçivəsində "Mənim ailəm" mövzusunda esse
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-150F/2025 nömrəli əmrinə əsasən həyata keçirilən "Dəyərlərimizi Qoruyaq" layihəsi çərçivəsində məktəbimizdə 5a və 5b sinif şagirdləri ilə birlikdə "Mənim ailəm" mövzusunda esse yazdırıldı və ailə dəyərləri ilə bağlı təqdimatlar edildi.
Dərsin məqsədi şagirdləri ailənin cəmiyyətdəki rolu barədə düşündürmək, ailədaxili münasibətlərdə sevgi, hörmət, anlayış və birlik kimi dəyərləri tanıdıb qiymətləndirməyə təşviq etmək idi.
Şagirdlər öz esselərində ailənin onlar üçün nə qədər əziz olduğunu, ailə üzvləri ilə paylaşdıqları gözəl anları və bu münasibətlərin onların formalaşmasında necə mühüm rol oynadığını səmimi şəkildə ifadə etdilər. Hazırlanan təqdimatlarda isə ailə dəyərlərinin qorunmasının əhəmiyyəti müxtəlif aspektlərdən işıqlandırıldı.
Bu cür layihələr şagirdlərimizin mənəvi inkişafına və milli-mənəvi dəyərlərimizə bağlı yetişmələrinə böyük töhfə verir.
Ailənizi sevin, dəyərlərimizi yaşadın!
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #DəyərlərimiziQoruyaq #MənimAiləm #AiləDəyərləri #MaarifləndiriciLayihə #Təhsilİdarəsi #GələcəyinNəsliniYetişdiririk
#MilliDəyərlər #BirlikdəGüclüyük #Şagirdlərləİş #ƏxlaqiTərbiyə