"Xarıbülbül" Bilik Yarışı: Coğrafiya ilə Səyahətə Çıxış.
"Xarıbülbül" Bilik Yarışı: Coğrafiya ilə Səyahətə Çıxış.
Bu gün məktəbimizdə coğrafiya müəllimi Familə Quliyevanın təşəbbüsü ilə "Xarıbülbül" şüarı altında X-XI sinif şagirdləri arasında maraqlı və maarifləndirici bilik yarışı təşkil edildi.
Yarışda 5 komanda iştirak edərək, üç mərhələdə öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Mərhələlərdə iştirakçılara coğrafi təbəqələr, kainat, Günəş sistemi və dünya ölkələrinin coğrafi mövqeyi ilə bağlı suallar təqdim olundu.
Bu bilik yarışı şagirdlər arasında həmrəyliyi, sağlam rəqabəti və bilik paylaşımını təşviq etmək məqsədi daşıyırdı. Yarışın sonunda qalib komandalar müəllim tərəfindən qlobus və medallarla təltif olundular.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #XarıBülbül #CoğrafiyaYarışı #MəktəbHəyatı #İntellektualYarış #ŞagirdUğurları