"Davranış və ünsiyyət mədəniyyəti" mövzusunda maarifləndirici dərs
Məktəbimizin VIIa sinif rəhbəri Babayeva Nərmin və IXb sinif rəhbəri Camallı Çinarə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-150F/2025 nömrəli əmrinə əsasən həyata keçirilən "Dəyərlərimizi Qoruyaq" layihəsi çərçivəsində şagirdlər üçün "Davranış və ünsiyyət mədəniyyəti" mövzusunda maarifləndirici dərs təşkil etdilər.
Dərsin əsas məqsədi şagirdlərdə düzgün davranış qaydaları, ünsiyyət mədəniyyəti və sosial bacarıqlar haqqında anlayış yaratmaq, onların gündəlik həyatlarında bu keyfiyyətləri tətbiq etməyə təşviq etmək olmuşdur. Dərs zamanı şagirdlərlə birlikdə aşağıdakı mövzularda geniş müzakirələr aparılıb:
-Ünsiyyət mədəniyyətinin mahiyyəti və əhəmiyyəti
-Aktiv dinləmə bacarığının formalaşdırılması
-Empatiya — başqasının yerinə özünü qoyaraq anlamaq bacarığı
-İnsanlar arasında qarşılıqlı hörmətin rolu
-Mədəni davranışın cəmiyyətə və fərdi inkişafımıza təsiri
Belə maarifləndirici dərslər şagirdlərimizin mənəvi dünyasının zənginləşməsinə, ictimai davranışlarının formalaşmasına və cəmiyyətə faydalı fərdlər kimi yetişmələrinə xidmət edir.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb
#DəyərlərimiziQoruyaq #ÜnsiyyətMədəniyyəti #MaarifləndiriciDərs #Empatiya #AktivDinləmə #Hörmət #Təhsilİdarəsi #Şagirdİnkişafı