"Konstitusiya və suverenlik" mövzusunda dərs
21 aprel 2025-ci il tarixində məktəbimizin tarix müəllimi Leyla Əhmədli Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-150F/2025 nömrəli əmrinə əsasən həyata keçirilən "Dəyərlərimizi Qoruyaq" layihəsi çərçivəsində "Konstitusiya və suverenlik" mövzusunda dərs təşkil etdi.
Dərsin əsas məqsədi şagirdlərə Azərbaycanın Konstitusiyasının mahiyyəti və əhəmiyyətini izah etmək, onların hüquqi biliklərini artırmaq və vətəndaşlıq şüurunu gücləndirmək idi.
Dərs zamanı interaktiv metodlardan istifadə olunaraq şagirdlərin fəal iştirakı təmin edildi. Diskussiyalar və qrup işləri vasitəsilə şagirdlər konstitusiyanın əsas prinsiplərini və dövlət suverenliyinin əhəmiyyətini daha dərindən anlama imkanı əldə etdilər.
Bu cür dərslər şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət və hüquqi biliklərin artırılmasına xidmət edir.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #DəyərlərimiziQoruyaq #Konstitusiya #Suverenlik #MilliDəyərlər #TarixDərsi #BakıTəhsil