“Şahin” hərbi-idman oyunları

Vətənpərvərlik, fiziki hazırlıq və komanda ruhunun təbliği məqsədilə təşkil olunan “Şahin” hərbi-idman oyunlarında məktəbimizin X-XI sinif şagirdləri böyük ruh yüksəkliyi ilə iştirak ediblər. Yarış zamanı şagirdlərimiz nizam-intizam, çeviklik, sürət və bacarıqlarını nümayiş etdirərək həm özlərini, həm də məktəbimizi layiqincə təmsil ediblər.

Komandamız müxtəlif mərhələlər üzrə sınaqlardan keçərək həm fiziki, həm də mənəvi cəhətdən hazırlıqlı olduqlarını sübut edib. Bu oyunlar təkcə yarış deyil, eyni zamanda gənclərin vətənə bağlılıq hissini gücləndirən, həmrəyliyi və liderlik keyfiyyətlərini inkişaf etdirən bir məktəbdir.

#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #ŞahinOyunları #Vətənpərvərlik #GəncNəslinGələcəyi #MəktəbUğurları

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi