"Birlikdə vaxt keçirdiyimiz an" mövzusunda rəsm tapşırığı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.04.2025-ci il tarixli, 3-29-59/3-2-150F/2025 nömrəli əmrinə əsasən həyata keçirilən "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbimizdə növbəti uğurlu tədbir baş tutdu.
305 nömrəli məktəbin 3A və 3B sinif şagirdləri "Birlikdə vaxt keçirdiyimiz an" mövzusunda rəsm tapşırığını sevə-sevə yerinə yetirdilər.
Bu gözəl layihənin məqsədi – uşaqların ailələri ilə birlikdə keçirdikləri ən xoşbəxt anları təsvir etməklə, həm onların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, həm də ailə dəyərlərinin nə qədər vacib olduğunu bir daha vurğulamaq idi.
Şagirdlərimiz öz duyğularını rənglərə çevirdilər və ortaya çox mənalı, sevgi dolu rəsmlər çıxdı!
Ailə ilə keçən hər an – ən dəyərli andır!
#305nömrəliMəktəb #3Asinfi #3Bsinfi #AiləDəyərləri #RəsmTapşırığı #BirlikdəVaxt #ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb