Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar "Konstitusiya və Suverenlik" mövzusunda inşa yazı müsabiqəsi
305 nömrəli məktəbin X sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar "Konstitusiya və Suverenlik" mövzusunda UBR Həsənova Elnarənin təşkilatçılığı ilə inşa yazı müsabiqəsi keçirildi.
Müsabiqənin məqsədi:
Müsabiqə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının "Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə" 10.01.2025-ci il tarixli Tədbirlər planının 10-cu bəndinin icrasını təmin etmək, məktəbliləri milli- mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədini daşıyır.
#ElmVəTəhsilNazirliyi #305nömrəlitamortaməktəb #KonstitusiyaVəSuverenlik #UluÖndər #HeydərƏliyev #İnşaYazıMüsabiqəsi