"Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları" mövzusu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin №3-29-59/3-2-107F/2025 əmrinə əsasən 305 nömrəli tam orta məktəb tərəfindən "Sağlam nəsil- parlaq gələcək" layihəsinin keçirilməsi barədə tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər planına əsasən məktəbin psixoloqu Məhərrəmova Afət tərəfindən VIII- IX siniflərdə şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə "Narkotiklər haqqında həqiqəti öyrənək" və digər zərərli vərdişlərlə mübarizə mövzusunda seminarlar təşkil edilmişdir. "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları" mövzusunda söhbət aparılmışdır. Məqsəd: Yeniyetmə şagirdlərin bu mövzuda maarifləndirilməsini təmin etmək və sağlam həyat tərzinə təşviq etməkdir.