Oxuyub- anlama monitorinqi

Təlim-tərbiyə işləri üzrə direktor müavini Alıyeva Şəfiqənin təşkilatçılığı ilə İbtidai siniflərdə şagirdlərin oxuyub- anlama bacarığını qiymətləndirmək məqsədilə monitorinq keçirilib. Oxuyub-anlama monitorinqi şagirdlərin oxuduqları mətnləri necə başa düşdüklərini və bu bilikləri necə istifadə etdiklərini qiymətləndirmək məqsədi daşıyır. Bu monitorinqdə şagirdlərə mətnlə bağlı suallara cavab verməsi, əsas fikirləri müəyyənləşdirməsi, təhlil edib nəticə çıxarması tələb olunan tapşırıqlar verildi. Monitorinq nəticəsində fənn müəllimləri ilə görüş keçirilərək monitorinqin fənlər üzrə təhlili müzakirə edildi. Növbəti monitorinq üçün hədəflər qarşıya qoyuldu.