Naxçıvan aylığında inşa müsabiqəsi
20.12.2024-cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimləri Babayeva Nərmin, Camallı Çinarə və təşkilatçı Nəcəfova Vüsalənin iştirakı ilə məktəbimizin 5 b, 7 a , 8 b sinif şagirdləri arasında Naxçıvanın zəngin tarixinə, mədəni irsinə və tarixi abidələrinə həsr olunmuş inşa müsabiqəsi təşkil olundu. 7 a sinif şagirdi Hüseynova Aylin 1-ci , 8 b sinif şagirdi Tanrıverdili Səhər 2-ci , 7 a sinif şagirdi Qarayev Riyad 3-cü yer tutdu və şagirdlərə təltifnamə təqdim olundu.