Ümummilli lider Heydər Əliyevin anım günü
11.12.2024 tarixində məktəbin tarix müəllimi Qasımov Tarverən və GÇH rəhbəri Rüstəmov Məhərrəmin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq dəyirmi masa təşkil edildi. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəb olmasından danışılıb , onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olması xüsusilə qeyd olunub.