Xocalı soyqırımının 31 il dönümü
Xocalı soyqırımından 31 il keçir. Biz bu faciəni unutmamalı, ondan dərs alıb irəli getməliyik. İnsanlara və insanlığa qarşı cinayətlər barədə susmaq olmaz!1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdilər.