Oxu günü

      22 aprel 2022-ci ildə məktəbimizdə “Oxu günü”tədbiri keçirildi. Tədbirdə məktəbin 5-ci və 8-ci sinif şagirdlərinin oxuduqları bədii əsərlər  həm açıq havada , həm də məktəbin kitabxanasında müzakirə olundu. Məktəbin 5-ci sinif şagirdləri çəkdikləri rəsm əsərlərini nümayiş etdirdilər. Məktəbin 5şagirdləri  Ağamalıyev Ayan, Şükürov Murad, Məmmədzadə Vüqar, Şahverdizadə Şahinin oxuduqları “ Qış kölgəsi” adlı əsər müzakirə olundu.Əsərlə bağlı Murad Şükürov və Vüqar Məmmədzadə özəl işlərini təqdim etdilər. Bundan başqa tədbirdə məktəbin  5a sinif şagirdləri Piriyev Rəvan,Quluzadə Etibar,Şükürlü Əhməd ,Quliyev Məhəmmədin də oxuduqları hekayələr , nağıllar, rəvayətlər mütaliə olundu. Şagirdlər öz əl işlərini də təqdim etdilər. Həmçinin tədbirdə məktəbin 8-ci sinif şagirdləri ilə kitabxanada əsərlər müzakirə  olundu.Şagirdlər dünya  ədəbiyyatına və bədii ədəbiyyata aid əsərlərlə tanış oldular.Tədbirdə Əliyev İsa ,Əsgərov Hüseyn,Allahverdiyev Məciəddin,Məmmədova Güllü,Şirinov Onur,Allahverdiyev Məhəmməd,Şirinli Röya  müəllimlərə əsərlərlə bağlı suallar verdilər və həmin əsərləri  mütaliə etdilər.Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Musayeva Ülviyyə şagirdlər ilə həmin əsərləri müzakirə etdi və onlara hər daim bədii əsərlər  oxumağı tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi