Idman həftəsi
Beş gün ərzində məktəbə göndərilən fəaliyyət proqramına uyğun olaraq,305№li tam orta məktəbdə idman oyunlarına start verildi.
18 fevral tarixindən başlayaraq I-XI sinif şagirdləri üçün səhər gimnastika hərəkətlərinin icrasını məktəbin fiziki tərbiyə müəllimi Rüfət müəllim keçirtdi.Sonra Olimpiya haqqında şagirdlərə fiziki tərbiyə müəllimi Rüfət müəllim verdiyi idmançıları yarışa hazırlığınınn psixoloji yanaşması mövzusunda məktəbin psixoloq müəllimi Afət Məhərrəmova məlumat verdi.Tədbirin ikinci günündə məktəbin idmançı şagirdləri ilə görüş təşkil olundu və sonra III-IV, V-VI,VII-X siniflər arsında idman viktorinası keçirildi.II-IV siniflərin iştirakı ilə “Olimpiyada oyunları uşaqların gözü ilə”mövzusunda əl işlərinin nümayişi sinif rəhbərlərinə həvalə olundu və ikinci günün oyunları başa çatdı.
Sağlam qidalanma ilə bağlı III-IV, V-VII sinif rəhbərləri şagirdlərə geniş şəkildə məlumat verib məlumatlandırdılar.Oyun idman növləri üzrə yarışlar mərhələsində V-XI siniflər arasında keçirilən idman oyunları yarışının təşkili və keçirilməsi fiziki tərbiyə müəllimi ilə birlikdə yarışlar idarə etdilər.
“Ən sürətli şagird” qaçış yarışına məktəbin fiziki tərbiyə müəlliminin təşkilatçılığı ilə yarışlar başladı.III-IV ,V-VII,VIII-IX sinif şagirdləri bu yarışda öz güclərini sınadılar.
Növbəti mərhələdə “Şən startlar” estafet yarışlarında III-IV,və VI-VII sinif şagirdləri öz güclərini sınamaq üçün yarışa qatdılar.Yarışı idarə etmək üçün fiziki tərbiyə müəllimləri bütöv kollektiv şəkildə yarışlara start verdilər.
Şagirdlərin rəsm müsabiqəsi mərhələsində I-IV sinif rəhbərləri şagirdlərinə işlərini nümayiş etdirilməsinə rəhbərlik etdilər.
X-XI siniflər arasında baş tutan Qol güləşi yarışmasına fiziki tərbiyə müəllimi hakimlik etdilər.
Tədbirin sonuncu günü II-XI sinif şagirdləri arasında “Mübariz ,iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq”mövzusunda ESSE yazmasına sinif rəhbəri və təşkilatçı müavin rəhbərlik göstərdi.
Tədbirin sonunda təşkilatçı müavin və sinif rəhbərləri tərəfindən qaliblər fəxri diplomlar mükafatlandırıldılar.