Xocalı faciəsi

“Xocalı soyqırımı”nın iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyin in 10.02.2021-ci il tarixli F-42 nömrəli əmrinə əsasən məktəbimizdə tədbirlər keçirilmişdir.Məktəbimizdə 2021-ci il fevral ayının 26-da ilk dərslər “Xocalı soyqırımı”nın iyirmi doqquzuncu ildönümünə həsr edildi.Karantin rejiminin tələblərini nəzərə alaraq məktəbimizdə “Xocalı soyqırımı”na həsr olunmuş onlayn tədbirlər keçirildi.Məktəbimizin şagirdləri arasında Xocalı faciəsi ilə bağlı rəsm müsabiqəsi və sərgisi keçirildi.Məktəbimizin 8b sinif şagirdi Qarayeva Mənsumə,Quliyev Əli və 9a sinif şagirdi Əlizadə Ayan “Xocalı soyqırımı”na həsr olunmuş video-çarx hazırlamışdılar.