Valideynin məktəbdə bir günü layihəsi

     Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin 26.11.2019-cu il F-448 nomrəli əmrinə əsasən bizim məktəbdə də 17.12.2019-cu il tarixdə “Valideynin məktəbdə bir günü”  adlılayihəsinə uyğun olaraq ümumi valideyn iclası keçirildi.

       Tədbirdə 305  №li tam orta məktəbin direktoru , direktor müavinləri ,psixoloq, UBR  , fənn müəllimləri və 58 nəfər valideyn iştirak etdi.Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Ş.İmamquliyev , Tərbiyə işləri üzrə direktor müavini V.Nəcəfova , tarix müəllimi T.Qasımov çıxış edərək valideynlərin övladlarının təhsil aldıqları məktəblə yaxından tanış olmaları və məktəb –valideyn- şagird üçlüyünün yaradılmasında aktiv iştiraklarının vacib olduğunu bildirdilər.

      Çıxışlar zamanı valideynlərə məktəbdaxili qiymətləndirmə barədə ətraflı məlumat verdilər. Bildirildiki keçmiş ənənəvi qiymətləndirmədən nfərqli olaraq şagirdin günlük qiymətləndirilməsi rəqəmlərlə deyil , sözlərlə (meyarlarla) qiymətləndirilir. Yazılmış söz və səviyyələr məktəbli kitabçalarında düzgün qeyd olunur . vSonda vaideynlərə bildirildiki məktəbdə təlim tərbiyə ilə bağlı və eyni zamanda məktəbdən kənar tədbirlərin keçirilməsi ilə bağlı təkliflərini verə bilərlər. Kimin nədən etirazı varsa yazılı surətdə məktəb rəhbərliyinə çatdıra bilər.

    Valideynlərdən N.Hüseynova  paralel təklif etdiki paralel siniflərdə olan yaxşı və zəif şagirdlər komplektləşdirilsin və  ayrı ayrı siniflərdə təhsil alsınlar. Valideynlərdən bir neçəsi təklif etdilərki məktəbyanı sahədə boş ərazinin olduğuna görə örtülü idman konpleksi tikilsə daha məqsədə uyğun olar.

    Sonda layihədə bütün rəy və təkliflər dinlənildi və həyata keçirilməsi nəzərə alındı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi