"Elimizə bahar gəlir"

Novruz bayramı şənliyi ilə əlaqədar olaraq məktəbin kitabxanasında kitabxana müdiri Əliyeva Elnarə, kitabxanaçı Gözəlova Reyhanə və həmçinin məktəbin psixoloqu Teymurova Esmira xanımın birgə təşkilatçılığı ilə fəaliyyət planına əsasən "Elimizə bahar gəlir" adlı şifahi xalq ədəbiyyatının nümunələri əsasında tədbir keçirilmişdir. Tədbirdə məqsəd şagirdləri Novruz el adətləri, atributları olan keçəl, kosa, Bahar qızı, çərşənbə axşamları ilə tanış etməkdir.