Məktəbimizdə Milli Musiqi Günü qeyd olundu

Məktəbimizdə Milli Musiqi Günü qeyd olundu
18 sentyabr – dahi bəstəkar, professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günü münasibətilə məktəbimizdə tədbir keçirildi.
Tədbirdə çıxış edən məktəb rəhbərliyi və müəllimlər Azərbaycan musiqi mədəniyyətinin zənginliyi, Üzeyir bəyin xalqımızın mədəniyyət xəzinəsinə bəxş etdiyi ölməz əsərlər haqqında şagirdlərə məlumat verdilər.
Şagirdlərin ifasında Üzeyir Hacıbəylinin mahnıları, muğam parçaları və müxtəlif musiqi nömrələri təqdim olundu. Tədbir məktəb kollektivinə xoş ovqat bəxş etdi və musiqinin insan ruhuna verdiyi gözəlliyi bir daha nümayiş etdirdi.
Sonda vurğulandı ki, musiqimiz milli kimliyimizin, mədəniyyətimizin ayrılmaz hissəsidir və yeni nəsillərin bu irsi yaşatması böyük əhəmiyyət daşıyır.