“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq məktəbimizdə keçirilən icbari tibbi müayinədə məktəbin bütün şagirdləri iştirak edib. Təşkil olunan tibbi müayinədə müxtəlif ixtisaslı həkim briqadası şagirdlərin ümumi müayinəsini aparıb. Müayinə zamanı şagirdlər arasında ciddi problemlər aşkar olunmayıb.
Bu cür dövlət proqramının icrası uşaqlar və valideynlər arasında maarifləndirmə işlərinin və xəstəliklərin ilkin profilaktikasının gücləndirilməsinə imkan yaradır.