Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Prezidentin 2018-ci ildə verdiyi vəd və 2020-ci ildə zəfərə çevrilən əməl

“Gün gələcək işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

2018-ci ilin 26 iyununda Azadlıq meydanında keçirilən hərbi paradda Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın azad ediləcəyini bu sözlərlə elan etdi. Və cəmi iki il sonra - 2020-ci ilin 27 sentyabr tarixində müqəddəs hədəfimizə çatmaq uğrunda Vətən müharibəsi başladı. Azərbaycanın qüdrətli ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənin 4 ilə işğal etdiyi torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi, işğalçı Ermənistan hərbi və diplomatik cəbhədə darmadağın edildi.

Prezident İlham Əliyevin 2018-ci ildə Azadlıq meydanında elan etdiyi kimi, Şuşada dalğalanan üçrəngli bayrağımız 2020-ci ilin 10 dekabrında keçirilən Zəfər paradında nümayiş etdirildi. Bu, Prezident İlham Əliyevin öz xalqına verdiyi sözü yerinə yetirməsi, eyni zamanda, Azərbaycanın son 200 illik tarixinin ən önəmli hadisəsi idi. Çünki iki əsrdir torpaqlarını itirə-itirə gələn Azərbaycan nəhayət Prezident İlham Əliyevin liderliyində bu məğlubiyyət sindromunu sındırdı, böyük qələbə qazandı.

Azadlıq meydanında keçirilən Zəfər paradı təkcə qələbəmizin nümayişi yox, həm də düşmənlərimizə verilən gözdağı idi. Yerli və xarici rəsmi qonaqların, diplomatik korpusun nümayəndələrinin də iştirak etdiyi Zəfər paradında Azərbaycan və Türkiyə dünyaya əsl qardaşlıq nümayiş etdirdi.

Paradı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Çünki Türkiyə əsl qardaşlıq nümayiş etdirərək, Vətən müharibəsinin başlandığı ilk gündən Azərbaycana dəstək verdi, üçüncü qüvvələrin prosesə müdaxiləsinin qarşısını kəsdi. Bu baxımdan, Rəcəb Tayyip Ərdoğanın Zəfər paradına fəxri qonaq kimi dəvət edilməsi və Prezident İlham Əliyevlə birlikdə paradı qəbul etməsi təbii idi.

Ali Baş Komandan İlham Əliyev paradda çıxışı zamanı tarixə həkk olunan fikirlər səsləndirdi:

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Tarixi hadisə olan Zəfər paradında çıxış edən Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”.

Zəfər paradı eyni zamanda, hərbi qüdrətimizin nümayişi idi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Bununla yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Bu, Ermənistanın 30 il uyurduğu “qüdrətli erməni ordusu” mifinin darmadağın edilməsi, Azərbaycan ordusunun qüdrətinin də isbatı idi.

Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəçisi idi.

Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı isə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir daha əyani nümayişi olunması, eyni zamanda, düşmənlərimizə qarşı birlik-bərabərlik mesajı idi. Bütün dünya bir daha gördü ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin ulu öndər Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi “sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır”. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.

Tariximizin ən şanlı səhifəsinin - Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi. Bu, 44 günlük müqəddəs savaşın Zəfər zirvəsi idi.

44 günlük müharibənin hər günü xalqın yaddaşına qələbələrlə həkk olunub. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Təsadüfi deyil ki, Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb.

Ermənistan ordusunun 10 minlərlə hərbçisi isə ordumuzun qarşısından qaçdı, fərarilik etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, həm də uydurulmuş erməni mifini də məhv etdi.

Qazandığımız Zəfərdə payı olan hər kəs dövlət tərəfindən mükafatlandırıldı. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilibdir.

Bununla yanaşı, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

Vətən müharibəsində xalqımız həm də həmrəylik və birlik nümunəsi yaratdı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşdi.

Bu tarixi zəfər Prezident İlham Əliyevin uzun illər ərzində apardığı siyasətin nəticəsidir. Ölkəmizin əsas büdcə xərclərini uzun illər məhz hərbi xərclər təşkil edib. Nəticədə ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan bir ölkədən asılı olmamaq üçün lazımi texnikanı bir çox mənbələrdən almışdı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində görülmüş məqsədyönlü işlərin nəticəsində Qələbənin təminatı üçün siyasi və hüquqi baza yaradılmışdır. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Burada iqtisadi müstəqilliyə nail olmağımız da həlledici amillərdəndir. Əgər iqtisadi inkişaf olmasaydı, iqtisadi müstəqilliyimiz olmasaydı, lazım olan müasir silahlar əldə edə bilməzdik.

Qazadığımız qələbədə uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində aparılan işlərin də əhəmiyyətli payı var. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı.

44 günlük Vətən müharibəsinin zəfər nöqtəsi Ermənistanın kapitulyasiya aktına imza atması oldu. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan imza atdığı kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Vətən müharibəsində eyni zamanda, Ermənistanın gerçək siması da ifşa olundu. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən, mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdu.

Lakin bu hərbi cinayətlər Azərbaycan xalqını qələbə əzmini sındıra bilmədi. Xalq sona qədər Ali Baş Komandan və onun Müzəffər Ordusunun arxasında dayandı. Bu gün Hərbi Qənimətlər Parkı bu zəfərin, həm də işğalçı Ermənistanın məğlubiyyətinin rəmzidir. Açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Xanımqız Muxtarova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi