01-04 Aprel tarixində Qarabağ savaşında baş verən hadisələr ilə bağlı məktəb direktorunun 8-9-10-11-ci sinif şagirdləri ilə apardığı söhbət

05 Aprel 2016-cı il tarixində məktəbimizdə direktor R.Qasımovun göstərişi ilə X və XI –ci sinif şagirdlərinin Akt zalında toplanışı olmuşdur.Toplanış Qarabağ savaşında baş verən hadisələr ilə bağlı məktəb direktorunun şagirdlər qarşısında çıxışlarına əsaslanmışdır.İlk öncə şəhid olanların ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir.R. Qasımov bildirmişdi ki, 22 illik atəşkəsdən sonra ilk dəfə olaraq Azərbaycan Ordusu ermənilərə möhtəşəm bir zərbə endirmişdir.01 Aprel tarixindən 04 Aprel tarixinədək Qarabağ savaşında Azərbaycan Ordusunun Ermənistan ordusuna vurduğu zərbələri Azərbaycan Ordusunun qələbəsi adlandırmışdır. Özünün keçmiş bir döyüşçü və ehtiyatda olan bir zabit kimi 3 gün ərzində bir neçə kəndin və strateji baxımdan əlverişli olan bir neçə yüksəkliyin ələ keçirilməsi və hətta bir neçə rayonun bizim nəzarətimiz altında olmağı qısa bir müddət üçün ordumuzun Ermənistan ordusundan qat-qat güclü olduğunu bildirmişdir. Özünün də vaxt ilə tələbə olarkən vuruşduğunu qeyd edən R.Qasımov hal-hazırda tələbə gənclərin və hətta məktəbli gənclərin belə döyüşə hazır olduğunu bildirmişdir. Ordumuzun gücünə arxalanan R. Qasımov bildirmişdirki,Möhtərəm Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin hər hansı bir döyüş əmri 1 həftə ərzində Qarabağın azad edilməsi və hətta Ermənistanın məhf edilməsi deməkdir. R.Qasımov bütün məktəb kollektivi adından ölənlərə rəhmət, ailələrinə və döyüşdə əziyyət çəkənlərə səbr diləmişdir. Eyni zamanda R.Qasımov bildirmişdi ki, bu gün hamımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi dayanmışıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi