31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

31.03.2016-cı il tarixdə məktəbimizin foesində 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü mövzusunda tədbir keçirildi. Tədbirin açlışında şəhid olanların ruhu bir dəqiqəlik sükutla yadd edildi. Sonra tədbirdə ibtidai sinif şagirdləri öz ifalarında şeirlər söylədilər və 31 mart Soyqırım haqqında slaydlar nümayiş etdirildi. Sonda söz məktəbin direktoru Rövşən Qasımova verildi. Direktor öz çıxışında bildirdi ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş ən dəhşətli faciələrdən biridir. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 98 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşından silinməyəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi