Məktəbimizdə "15 iyun Qurtuluş günü" ilə bağlı tədbir keçirildi

11 iyun 2019-cu il tarixində məktəbimizdə "15 iyun Qurtuluş günü" ilə bağlı tədbir keçirildi.Digər tədbirlərdən fərqli olaraq,bu tədbirin girişini kollektivimizin bir qrup üzvləri Suraxanı rayon Heydər Əliyev Mərkəzinə gedərək Ulu Öndərin heykəli önünə əklik qoymaqla başladılar.Tədbirin davamı yəni 2 hissə məktəbimizin akt zalında keçirildi.Bayramsayğı bəzənmiş zalda oxunan mahnılar,söylənilən şeirlər sanki zalın gözəliyini daha da rövnəkləndirdi.Şagirdlərimizin bir-birinən gözəl çıxışları vətənə məhəbbət Ulu Öndərə sevgi hissləri aşlayırdı.Tədbirdə Suraxanı rayon İcra aparatının nümayəndəsi M.Rəşid müəllim və Suraxanı Gənclər İdarəsinin sədri Amil müəllim iştirak edirdilər.Sonda qonaqlar tədbirdən məmnun qaldıqlarını böyük sevgi ilə bildirdilər.3 hissə isə qonaqların və məktəbimizin direktoru Nizami müəllimin iştirakı ilə məktəbimizin həyətində "15 iyun Qurtuluş günü" münasibəti ilə xatirə olaraq çinar ağacının aksiyası ilə sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi